Bu hücumçu “Mançester Yunayted”dən ayrılır – 9 ildən sonra

14 Fevral 00:00 İngiltərə 212
Bu hücumçu “Mançester Yunayted”dən ayrılır – 9 ildən sonra

“Mançester Yunayted”in hücumçusu Antoni Marsial klubdan ayrılacaq.

Sportinfo.az xəbər verir ki, “qırmızı şeytanlar” 28 yaşlı hücumçu ilə müqaviləni yeniləməmək qərarına gəliblər.

Forvardın hazırkı sözləşməsi isə cari mövsümün sonuna qədər nəzərdə tutulub. Buna görə də, Marsial mövsümün sonunda klubdan ayrılacaq.

Marsial 2015-ci ildən “Mançester Yunayted”in futbolçusudur. O, bu mövsüm aldığı zədələr səbəbindən davamlı olaraq meydana çıxmır.

Cari mövsümdə 19 matçda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"