Argentina millisinin üzvü Enzo Fernandes Avropada karyerasında dəyişiklik etməyə hazırlaşır.
Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi “Çelsi”də qalmaq istəmir.
İngiltərə klubu da Enzonu satmağa müsbət yanaşır. Çünki o, gözləntiləri qarşılamayıb.
“Zadəganlar” 2023-cü il yanvar ayında 121 milyon avroya heyətinə qatıb.
Bu mövsüm Enzo London klubunun heyətində 22 oyun keçirib və 2 qol vurub. Enzo karyerası ərzində “River Pleyt”, “Defensa Xustisiya”, “Benfika” komandalarında oynayıb.

