“Mən yalnız qalib gəlmək barədə düşünürəm”

7 Fevral 2024 00:20 İngiltərə 461
“Mən yalnız qalib gəlmək barədə düşünürəm”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının İngiltərə Premyer Liqasının 23-cü turunda “Brentford”la oyunda (3:1) qazandığı qələbəni şərh edib.

Sportinfo.az xəbər verir ki, o, rəqib komandanın çox yaxşı çıxış etdiyini bildirib:

“Çox şansımız oldu. Onların qapıçısı möhtəşəm oynadı. “Brentford” çox təhlükəlidir və çox yüksək təzyiq edir.

Belə matçlarda rəqib komandanın səhvlərini tapmaq vacibdir. Fil Foden? O, hər zaman bir məqsəd güdür.

Foden artıq 250 oyun keçirib və bu mövsüm vurduğu qollarla oyuna təsir etməyə başlayıb. O, əladır. Onun çox yaxşı statistikası var.

Mən heç vaxt qələbə seriyası haqda düşünmürəm, sadəcə olaraq, oyunçuların növbəti oyun üçün toparlanmasına kömək etməyə çalışıram.

Mən yalnız növbəti matçda qalib gəlmək barədə düşünürəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti