19 il əvvəl Azərbaycan yığmasını məğlub etdiyi stadiona qayıdır – İngilislər

6 Fevral 2024 23:29 İngiltərə 705
19 il əvvəl Azərbaycan yığmasını məğlub etdiyi stadiona qayıdır – İngilislər

İngiltərə millisi 19 il əvvəl Azərbaycan yığmasını məğlub etdiyi stadiona qayıdır.

Sportinfo.az xəbər verir ki, Qaret Sautqeytin yetirmələri 2005-ci ildən bəri ilk dəfə Nyukasldakı “Sent Ceyms Park”da oyun keçirəcək.

“Dumanlı Albion” təmsilçisi iyunun 3-də Bosniya və Herseqovina ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.

İngilislər bu arenada sonuncu dəfə 2005-ci il martın 30-da Karlos Alberto Torresin rəhbərlik etdiyi Azərbaycan millisi ilə qarşılaşmışdılar.

Stiven Cerrard və Devid Bekhemin qolları sayəsində meydan sahibləri 2:0 hesablı qələbə qazanmışdılar.

AVRO-2006-nın həmin seçmə mərhələ oyunu zamanı İngiltərə yığmasının baş məşqçisi Sven Yoran Eriksson olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti