Daha bir klub Xabi Alonsonu istəyir - Premyer Liqadan

6 Fevral 2024 15:20 İngiltərə 861
Daha bir klub Xabi Alonsonu istəyir - Premyer Liqadan

“Bayer”in baş məşqçisi Xabi Alonso daha bir klubun maraq dairəsindədir.

Sportinfo.az xəbər verir ki, ispaniyalı çalışdırıcıya “Tottenhem” təklif göndərmək istəyir.

Maurisio Poçettinonun işindən narazı olan klub rəhbərliyinin Alonso ilə mövsümün sonunu gözləmədən danışıq aparmaq niyyətində olduğu bildirilib.

Xabi Alonso ilə maraqlananlar sırasında “Liverpul” və “Bayern” kimi Avropa nəhəngləri də var.

Alonsonun çalışdırdığı “Bayer” hazırda Bundesliqada 20 turdan sonra 52 xalla məğlubiyyətsiz liderdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti