Yapon müdafiəçi ilə 3 illik müqavilə imzalayacaq – Premyer Liqa klubu

5 Fevral 2024 21:40 İngiltərə 483
Yapon müdafiəçi ilə 3 illik müqavilə imzalayacaq – Premyer Liqa klubu

“Arsenal” futbolçusu Takehiro Tomiyasu ilə müqaviləsini uzatmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, London təmsilçisi 25 yaşlı müdafiəçi ilə razılıq əldə edib.

Tərəflər arasında yeni sözləşmə üç illik olacaq. Hazırkı müqavilə isə 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Yaxında klubun yeni müqavilə ilə bağlı açıqlama yayacağı gözlənilir.

Yaponiyalı futbolçu bu mövsüm “Arsenal”ın heyətində 20 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti