Salah yayda Premyer Liqanı Səudiyyə Ərəbistanı klubuna dəyişəcək?

5 Fevral 2024 15:20 İngiltərə 669
Salah yayda Premyer Liqanı Səudiyyə Ərəbistanı klubuna dəyişəcək?

“Liverpul”un misirli hücumçusu Məhəmməd Salah yay “transfer pəncərəsi”ndə İngiltərə klubunu tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu futbolçunun transferində maraqlıdır və artıq onun uğrunda mübarizəyə qoşulub.

Daha əvvəl Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun da Salahla maraqlandığı bildirilirdi.

Misirli futbolçu 2017-ci ildə “Roma”dan “Liverpul”a keçmişdi.

Bu mövsüm Mohamed Salah İngiltərə komandasının heyətində bütün turnirlərdə 27 oyun keçirib və 18 qol vurub və 9 məhsuldar ötürmə edib. 31 yaşlı futbolçunun bazar dəyəri 65 milyon avrodur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti