İngiltərə millisinin sabiq futbolçusu Cessi Linqardın yeni klubu müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Cənubi Koreyanın “Seul” klubu ilə 2 illik müqavilə imzalayacaq.
Linqard “Seul”a azad agent kimi keçir.
Daha əvvəl “Mançester Yunayted”, “Vest Hem”, “Derbi Kaunti”, “Brayton” və “Lester”da çıxış edən futbolçunun son klubu “Nottingem Forest” olub.

