“Ola bilsin ki, mediada bizdən daha çox məlumat var”

3 Fevral 2024 21:40 İngiltərə 466
“Ola bilsin ki, mediada bizdən daha çox məlumat var”

“Mançester Siti”nin hücumçusu Erlinq Halandın klubu tərk edəcəyi barədə məlumatlar yayılıb.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı forvardın ölkənin iqlimindən və Mançesterdəki həyat tərzindən narazı olduğu bildirilir.

Komandanın baş məşqçisi Pep Qvardiola bu məlumatlara münasibət bildirib:

“Bizdə Halandın özünü yaxşı hiss etmədiyi barədə məlumat yoxdur. Ola bilsin ki, İspaniya mediası, xüsusən də, Madriddə bu məsələ ilə bağlı bizdən daha çox məlumat var”.

Bu yaxınlarda Halandın və nümayəndələrinin norveçli futbolçunun fərdi mükafatlarını qazanma ehtimalını artırmaq üçün onun peşəkar karyerasını “Real”da davam etdirməli olduğuna inandıqları barədə xəbərlər yayılıb.

Erlinq Haland bu mövsüm bütün turnirlərdə 23 oyuna çıxıb, 19 qol vurub və 5 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti