Gürcü İngiltərə klubuna 2,5 milyon avroya başa gəldi

3 Fevral 2024 00:20 İngiltərə 523
Gürcü İngiltərə klubuna 2,5 milyon avroya başa gəldi

“Uotford” Gürcüstan millisinin yarımmüdafiəçisi Georgi Çakvetadzeni birdəfəlik heyətinə cəlb edib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

“Uotford” hazırda ikinci liqa sayılan Çempionşipdə mübarizə aparır.

24 yaşlı futbolçu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. Bunadək müqavilə ilə “Gent”ə (Belçika) məxsus olan futbolçunun transferi ingilislərə 2,5 milyon avroya başa gəlib.

Çakvetadze bu mövsümün birinci yarısında “Uotford”da icarə əsasında oynayıb. O, bütün turnirlərdə 25 oyunda meydana çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti