"Bavariya"nın müdafiəçisi Alfonso Deyvis karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, kanadalı futbolçunun xidmətində "Mançester Siti" maraqlıdır.
Mançester təmsilçisi sol cinah müdafiəçisi üçün Almaniya klubuna 80 milyon avro ödəməyə hazırdır. "Şəhərlilər" yayda rəsmi təklif göndərməyi planlaşdırır.
"Bavariya" Alfonso Deyvisi 2019-cu ilin yanvar ayında "Vankuver"dən transfer edib.
23 yaşlı arxa xətt oyunçusu bu mövsüm komandanın heyətində meydana çıxdığı 26 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

