”İstirahətə ehtiyacımız var, enerjimizə qənaət etməliyik”

26 May 2023 10:00 İngiltərə 352
”İstirahətə ehtiyacımız var, enerjimizə qənaət etməliyik”

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Hernandes İngiltərə Premyer Liqasından təxirə salınmış 32-ci turun “Brayton”la görüşünü (1:1) şərh edib.

Sportinfo.az xəbər verir ki, o, istirahətə ehtiyac duyduqlarını söyləyib:

“Onlarla oynamaq əladır. Matç yaxşı keçdi. Rəqib heyrətamiz çıxış etdi. Futbol daha çox taktikalar üzərində qurulur.

Çoxlu qol epizodları oldu, həm bizim, həm də rəqibin. Yaxşı nəticə qazandıq.

“Brayton”la oyun bizim üçün böyük sınaq oldu. Hazırkı səviyyəmizi qorumalıyıq.

Çempionatın bitməsinə üç tur qalmış qalib gəldiyimiz üçün xoşbəxtik. İstirahətə ehtiyacımız var. Eyni zamanda, enerjimizə qənaət etməliyik”.

Ölkə çempionatının 37-ci turunda “Arsenal” “Nottingem Forest”ə uduzub və “Mançester Siti”nin çempionluğu rəsmiləşib. “Şəhərlilər” ardıcıl üçüncü dəfə Premyer Liqanın qalibi olub.

“Brayton” tarixində ilk dəfə Avropa Liqasında İngiltərəni təmsil edəcək.

Digər Xəbərlər
Xəbər Lenti