"O, çox ağıllıdır, yaradıcı futbolçudur - Biz ondan çox razıyıq"

29 Yanvar 2023 15:20 İngiltərə 602
"O, çox ağıllıdır, yaradıcı futbolçudur - Biz ondan çox razıyıq"

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Federasiya kubokunun 1/16 finalının “Ridinq”lə matçından sonra (3:1) açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, futbolçuları barədə fikir bildirib:

“Düşünürəm ki, bir saat ərzində çox yaxşı oynadıq. Bu, həqiqətən də, çox yaxşı matç oldu. Futbolçularım istədiyim kimi çıxış etdilər: rəqibdən üstün olduq, çox hərəkət etdik.

Çoxlu qol imkanlarımız oldu, amma hamısından yararlana bilmədik. Fasiləyə qədər çatışmayan yeganə şey məhz bu idi”.

Niderlandlı mütəxəssis dubla imza atan Kazemironu ağıllı və yaradıcı oyunçu adlandırıb:

“Kazemiro bizim üçün çox vacib oyunçudur. O, çox ağıllıdır, topla necə davranmaq lazım olduğunu bilir. Yaradıcı futbolçudur. Biz ondan çox razıyıq”.

“Qırmızı şeytanlar”ın 1/8 final mərhələsindəki rəqibi püşkatmadan sonra məlum olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!