Premyer Liqa klubu icarəyə götürdü - "Yuve"li yarımmüdafiəçini

29 Yanvar 10:00 İngiltərə 330
Premyer Liqa klubu icarəyə götürdü -

"Yuventus"un futbolçusu Ueston Makkenni karyerasını İngiltərədə davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, ABŞ millisinin üzvü "Lids Yunayted"ə keçəcək.

Premyer Liqa təmsilçisi 24 yaşlı yarımmüdafiəçini 1,2 milyon avro qarşılığında icarəyə götürüb. "Lids Yunayted" yayda 33 milyon avro ödəyərək futbolçunu birdəfəlik transfer edəcək.

"Yuventus" Ueston Makkennini 2021-ci ilin yayında "Şalke"dən transfer edib. Amerikalı oyuncu cari mövsümdə Turin təmsilçisinin heyətində meydana çıxdığı 21 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Mart 02:50 Millidə növbəti itki