PSV-nin hücumçusunu istəyir - Premyer Liqa nəhəngi

29 Sentyabr 2022 22:00 İngiltərə 407
PSV-nin hücumçusunu istəyir - Premyer Liqa nəhəngi

“Mançester Yunayted” PSV-nin niderlandlı hücumçusu Kodi Qakponu heyətinə qatmağı düşünür.

Sportinfo.az xəbər verir ki, “Mançester Yunayted” Qakponu klubla müqaviləsi 2023-cü ilin yayında başa çatacaq Kriştiano Ronaldonun gedişindən sonra transfer edə bilər.

“Qırmızı şeytanlar” PSV-nin Antoni transfer edildiyi zaman “Ayaks”ın etdiyi kimi, Qakponun keçidinə mane olmamasını gözləyir.

23 yaşlı Qakpo bu mövsüm Erediviziyada 7 oyuna çıxıb, 8 qol vurub və 6 məhsuldar ötürmə edib.

Onun transfer dəyəri hazırda 35 milyon avro olaraq qiymətləndirilir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu