"Bu, mənimlə onun arasında olan problemdir, vacib məsələ deyil"

15 Avqust 12:00 İngiltərə 403
"Bu, mənimlə onun arasında olan problemdir, vacib məsələ deyil"

Sportinfo.az xəbər verir ki, "Tottenhem"in baş məşqçisi Antonio Konte İngiltərə Premyer Liqasının 2-ci turunda "Çelsi" ilə ötən gün keçirilən oyundan sonra rəqib komandanın baş məşqçisi Tomas Tuxellə arasında yaşanan münaqişə haqda danışıb.

İtalyan mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında bildirib ki, bu, onların arasında olan məsələdir və əsas müzakirə oyun ətrafında olmalıdır:

“Məncə, oyun haqda danışmaq daha yaxşıdır. Maraqlı və hər iki komanda üçün çətin matç oldu.

Yenə deyirəm, vəziyyəti şərh etmək istəmirəm. Çünki bu, ən vacib məsələ deyil, bu, mənimlə onun arasında olan problemdir.

Bu vəziyyət haqqında deyil, oyun haqqında danışın, biz futbol haqqında danışmaq üçün buradayıq".

2:2 hesabı ilə başa çatan görüşdə baş məşqçilər arasında 2 dəfə gərginlik olub. Matçın final fitindən sonra isə görüşən zaman Tuhel Kontenin əlini buraxmayıb. Bu isə Kontenin xoşuna gəlməyib və onların arasında yenidən insident yaşanıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Sentyabr 13:40 Bu imza uğur gətirir!
28 Sentyabr 01:10 Samir Əliyev: "Çətindir"
28 Sentyabr 00:40 "Bunu etməyə məcbur idik"
28 Sentyabr 00:10 "Yuventus" satmaq istəmir