Premyer Liqa klubu kapitanını getməyə qoymadı

11 İyun 11:40 Şamaxı 1 818
Premyer Liqa klubu kapitanını getməyə qoymadı

Mövsüm başa çatandan sonra heyətində böyük dəyişiklik edən «Şamaxı» kapitanı ilə yenidən anlaşıb.

Rafael Məhərrəmli gələn mövsümdə də «şirlər»in uğurları üçün tər tökəcək.

2024-cü ilin yayında «Səbail»dən dəvət olunan müdafiəçi ilə birillik müqavilə imzalanıb.

Şirvan təmsilçisi buna qədər 3 nəfərlə sözləşməni yeriləyib. Rikardo Fernandes, Alfons Msanqa və Abdulla Seydəhmədov Ayxan Abbasovun sərəncamında qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda