Rusiya klublarının maraq dairəsində olan iki azərbaycanlı futbolçu KİMDİR?

18 Mart 02:20 İngiltərə 804
Rusiya klublarının maraq dairəsində olan iki azərbaycanlı futbolçu KİMDİR?

Qış transfer pəncərəsində "Qarabağ"dan "Krasnodar"a keçən Kadi Borgesin yaxşı performans göstərməsi və Rusiya çempionatında qol hesabını açması diqqətçəkən hadisə oldu.

Sportinfo.az xəbər verir ki, braziliyalı futbolçunun artıq ölkənin ən varlı klubu olan "Zenit"in maraq dairəsinə düşdüyü deyilir.

Kadinin özünü yaxşı tərəfdən göstərməsi həm də Rusiya klublarının Azərbaycan Premyer Liqasına daha çox diqqət yetirməsi ehtimalını artırır. Rusiyada çalışan futbol agenti İmran Rzayev bununla bağlı sportal.az-a açıqlama verib:

"Kadi artıq ilk oyunlardan səviyyəsini ortaya qoya bilib.

"Zenit"in ona maraq göstərməsinə dair onu deyə bilərəm ki, bu klub braziliyalılara daha çox nəzər yetirir. Son zamanlar "Zenit" əsasən Braziliyadan olan futbolçuları heyətinə qatır.

Lakin məncə, Kadi hələ uzun müddət "Krasnodar"da qalacaq. Orada hər şey var - günəşli şəhər, əla stadion, maliyyə sabitliyi.

Rusiya klubları Kadi olmadan da Azərbaycan Premyer Liqasını yaxından izləyirdilər. Məsələn, ötən mövsüm Toral Bayramov "Krılya Sovetov"un, Rəhim Sadıxov isə "Ximki"nin maraq dairəsində idi.

Aleksey İsayev də bir neçə Rusiya klubunun hədəfindədir.

Legionerlərə gəlincə, Coy-Lens Mikels, Abdullah Zubir, Kevin Medina, Rafael Utziq və Ruan Renato ilə bəzi klubların maraqlandığını eşitmişəm. Amma yaş məsələsinə görə, onların Rusiya klublarına keçidi az inandırıcıdır".

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"
1 Oktyabr 18:35 Adamda üzə bax hələ!
1 Oktyabr 07:30 Xankəndiyə gedəcəklər