"Barselona" Premyer Liqa klubunun futbolçusu ilə anlaşdı

4 Dekabr 2021 00:00 İngiltərə 505
"Barselona" Premyer Liqa klubunun futbolçusu ilə anlaşdı

"Barselona" "Mançester Siti"nın futbolçusu Ferran Torresi heyətinə qatmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikola Skira özünün tvitter səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, Kataloniya təmsilçisi 21 yaşlı hücumameylli yarımmüdafiəçi ilə şəxsi müqavilənin detallarını razılaşdırıb. Gənc oyunçu ilə 2026-cı ilin yayınadək sözləşmə imzalanacaq.

La Liqa klubu Torresi qış fasiləsində transfer etmək istəyir. Futbolçunun özü də bunun əleyhinə deyil. Hazırda "Barselona"nın "şəhərlilər"lə təzminat məbləği ilə bağlı danışıqları davam etdirdiyi bildirilib.

Cari mövsüm "Mançester Siti"nin heyətində 7 oyun keçirmiş Ferran Torres 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Mançester təmsilçisi ilə 2025-ci ilin yayınadək müqaviləsi var.

Digər Xəbərlər
Xəbər Lenti