Premyer Liqa klubu tanınımış simaya tapşırılacaq?

12 Oktyabr 2021 12:00 İngiltərə 718
Premyer Liqa klubu tanınımış simaya tapşırılacaq?

Səudiyyə Ərəbistanı Fonduna satılan "Nyukasl"da ciddi dəyişikliklərin olacağı gözlənilir.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisində əvvəlcə baş məşqçi dəyişikliyi reallaşacaq.

İndiki baş məşqçi Stiv Brüsə 8 milyon avro təzminat ödənilərək yollar ayrılacaq. "Daily Mirror"un məlumatına əsasən, "sağsağanlar" baş məşqçi postuna hazırda Şotlandiya "Reyncers"ini çalışdıran Stiven Cerrardı düşünür.

Bundan əlavə, komandanın transfer etmək istədikləri bəzi futbolçular da məlumdur.

Bu siyahıda "Mançester Yunayted"dən Donni van de Bek, Cessi Linqard, Antoni Marsial, Erik Bayi və "Barselona"dan Filippe Koutinyo var.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"