Ərəb investorlar Premyer Liqa klubunu satın aldı

8 Oktyabr 10:20 İngiltərə 449
Ərəb investorlar Premyer Liqa klubunu satın aldı

İngiltərənin köklü futbol klublarından "Nyukasl"ın yeni sahibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin səhmlərini Səudiyyə Ərəbistanında fəaliyyət göstərən investisiya fondu alıb.

Tərəflər arasındakı bütün hüquqi fikir ayrılıqlarının həll edildiyi və Səudiyyə Ərəbistanı Krallığının kluba nəzarət etməyəcəyinə dair zəmanət verdiyi bildirilib.

Potensial müqavilənin dəyəri 300 milyon funt sterlinqdir.

1892-ci ildə əsası qoyulmuş "Nyukasl" klubu daha əvvəl iş adamı Mayk Eşliyə məxsus idi. O, 14 ildir Nyukasl təmsilçisinə rəhbərlik edirdi.

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 03:00 AFFA-nın yeni qərarları
27 Noyabr 02:30 Koronavirusun yeni ştamı
27 Noyabr 01:10 4 cavabsız qol - VİDEO