"Hər kəs Messini PSJ forması ilə görməyi qəbul etməlidir"

28 Sentyabr 2021 21:40 İngiltərə 513
"Hər kəs Messini PSJ forması ilə görməyi qəbul etməlidir"

"Mançester Siti" Çempionlar Liqası A qrupunun 2-ci turunda səfərdə PSJ-nin qonağı olacaq.

Sportal.az xəbər verir ki, İngiltərə təmsilçisinin baş məşqçisi Pep Qvardiola oyundan öncə açıqlama verib. 50 yaşlı mütəxəssis parislilərin hücumçusu Lionel Messi haqda danışıb. O, keçmiş futbolçusu haqda xoş sözlər deyib:

"Bir "Barselona" azarkeşi olaraq deyirəm, onu 16 il ərzində bizim formamızla görmək çox böyük şans idi. Messi özünü meydanda anladan oyunçudu. Başqalarının onu tərifləməyinə və ya danışmasına ehtiyacı yoxdu. Fantastik bir karyerası var.

Hər kəs Messini PSJ forması ilə görməyi qəbul etməlidi. Qısa bir müddət əvvəl bunu xəyal etmək mümkünsüz idi, amma oldu. Həyat belədi, nələr olacağını əsla bilmirsən. Önəmli olan Messinin Parisdə xoşbəxt olmasıdı".

PSJ - "Mançester Siti" qarşılaşması bu gün saat 23:00-da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!