"Ailəm xəstə olduğumu düşünür, mən çətinlikləri görüb, təslim olub gedənlərdən deyiləm"

18 Sentyabr 2021 01:52 İngiltərə 572
"Ailəm xəstə olduğumu düşünür, mən çətinlikləri görüb, təslim olub gedənlərdən deyiləm"

“Nyukasl”ın baş məşqçisi Stiv Bryus maraqlı açıqlama ilə gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, 60 yaşlı mütəxəssis komandasının uğursuz çıxış etməsinə baxmayaraq, istefa vermədiyinə görə ailəsi tərəfindən “xəstə” adlandırıldığını deyib:

“Ailəm xəstə olduğumu düşünür. Mən çətinlikləri görəndə təslim olub gedənlərdən deyiləm. Belə şeyi heç vaxt düşünmədim. Özümə “üzərində təzyiq var, tez işindən ayrıl” demirəm.

“Nyukasl”ın yuxarı pillələrə oynayan bir komanda olmasını istəyirəm. Bunu edənə qədər də ayrılmağı düşünmürəm”.

“Nyukasl” Premyer Liqada 4 turdan sonra 19-cu sıradadır.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi