Premyer Liqa klubu baş məşqçi ilə yeni müqavilə imzaladı

25 İyul 2021 00:00 İngiltərə 652
Premyer Liqa klubu baş məşqçi ilə yeni müqavilə imzaladı

“Mançester Yunayted” baş məşqçi Ole-Qunnar Sulşerlə yeni müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, norveçli mütəxəssisin sözləşməsinin müddəti 2024-cü ilin yayına qədər artırılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Mançester Yunayted” ötən mövsüm Premyer Liqanı 2-ci sırada bitirib.

Digər Xəbərlər
Xəbər Lenti