Premyer Liqa klubunun hücumçusu “Malyorka”da

15 İyul 2021 00:14 İngiltərə 1 025
Premyer Liqa klubunun hücumçusu “Malyorka”da

“Liverpul”un sabiq futbolçusu Daniel Starric karyerasını İspaniyada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı hücumçu “Malyorka”ya keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Starric bu gündən La Liqa təmsilçisinin məşqlərinə qoşulacaq.

“Aston Villa”nın yetirməsi olan Starric daha əvvəl İngiltərədə “Mançester Siti”, “Bolton”, “Vest Bromviç”, “Çelsi” və “Liverpul” kimi komandalarda çıxış edib.

Hücumçu son olaraq Türkiyə “Trabzonspor”unun formasını geyinib. Starric 2020-ci ilin martından klubsuz idi.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu