"Yuventus"un futbolçusu üçün 100 milyonluq təklif - "Çelsi"dən

15 İyul 2021 00:00 İngiltərə 1 047
"Yuventus"un futbolçusu üçün 100 milyonluq təklif -

"Çelsi" heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədi.

Sportinfo.az xəbər verir ki, "zadəganlar" "Yuventus"un yarımmüdafiəçisi Federiko Kyezaya "elçi düşüb".

Premyer Liqa təmsilçisi İtaliya millisinin üzvü üçün 100 milyon avroluq təklif göndərib.

Lakin "Yuventus" 23 yaşlı vingeri satmaq niyyətində deyil. Turin təmsilçisi "Çelsi"nin təklifini qəbul etməyib.

"Yuventus" Kyezanı ötən yay "Fiorentina"dan transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM