“Bu ağrının təsiri karyeramızın gələcək hissəsində də hiss olunacaq”

14 İyul 2021 00:14 İngiltərə 947
“Bu ağrının təsiri karyeramızın gələcək hissəsində də hiss olunacaq”

İngiltərə millisinin futbolçusu Harri Keyn AÇ-2020-nin finalında İtaliyaya uduzduqları görüşdən sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, yığmanın kapitanı çox məyus olduqlarını deyib:

“Qazandıqlarımıza baxsaq, özümüzlə fəxr etmək üçün böyük səbəbimiz var. Hamımız qalibik. Finalı qazanmaq istəyirdik, ancaq olmadı.

Yəqin buna görə bir müddət məyus qalacağıq. Bu ağrının təsiri karyeramızın gələcək hissəsində də hiss olunacaq. Amma nə etmək olar? Futboldur, belə şeylər olur”.

İngiltərə yığması əsas vaxtı 1:1 hesabıyla bitən matçın penaltilər seriyasında İtaliyaya 2:3 hesabıyla uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!