“Onlar təzyiq altında olanda, bundan qaça bilmirlər”

9 İyul 2021 12:20 İngiltərə 599
“Onlar təzyiq altında olanda, bundan qaça bilmirlər”

Məşhur italyan mütəxəssis Antonio Konte Avropa çempionatının final qarşılaşması haqda proqnozunu verib.

Sportinfo.az xəbər verir ki, Konte meydan amilinin İngiltərənin üstünlüyü olduğunu deyib.

Amma o, ingilislərin də zəif nöqtəsinin olduğunu bildirib:

“İngiltərənin zəif nöqtəsi odur ki, onların müdafiəsi təzyiq altında olanda, bundan qaça bilmirlər. Onlar bu yöndə İspaniya qədər başarılı deyillər.

Bununla belə, siz ultra-hücum pressinqindən istifadə edərkən onlar bundan qaçmağı bacarırlarsa, təqibi dayandırmaq lazım deyil, davam etmək və onları “ilişdirmək” lazımdır.

Belə məqamda yenə də İtaliya təcrübəsindən istifadə edərək oyunun fərqli anlarını oxumağı bacarmalıdır.

Əlbəttə, stadionda bizim azarkeşlər az, amma meydanda təcrübəmiz daha çox olacaq. Biz onlara necə qalib gələcəyimizi bilirk”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti