İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeyt AÇ-2020-nin yarımfinal mərhələsində Danimarka yığmasını məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Sportinfo.az xəbər verir ki, Sautqeyt, 2:1 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:
“Futbolçularımla qürur duyuram. Bu komandanın bir parçası olmaq inanılmazdır. Azarkeşlərimiz çox möhtəşəm idilər.
Asan olmayacağını bilirdik. Futbolçulara mübarizə aparmalı olacaqlarını söylədik. Onlar da hər şeyi başa düşürdü və bacardıq”.

