“Orada penalti yox idi, amma ən təəccüblüsü odur ki...”

8 İyul 2021 12:20 İngiltərə 1 016
“Orada penalti yox idi, amma ən təəccüblüsü odur ki...”

“Roma”nın baş məşqçisi Joze Mourinyo Avropa çempionatının yarımfinalında keçirilən İngiltərə - Danimarka oyunu haqda danışıb.

Sportinfo.az xəbər verir ki, portuqal mütəxəssis mübahisəli penaltiyə də münasibət bildirib.

O, həmin epizodda penalti olmadığını iddia edib: “Bəli, möhtəşəm oyun oldu. Amma mən inanmıram ki, sizi mənim mövqeyim maraqlandırır.

Mən necə olduğunu yox, necə gördüyümü deyəcəyəm. Dəqiqdir ki, orda penalti yox idi.

Amma buna baxmayaraq, ən yaxşı komanda qalib gəldi. İngiltərə qələbəyə layiq idi. Amma penalti yox idi. Bu səviyyəli qarşılaşmalarda hakimlərin belə qərarı təəccüb doğurur.

Ən təəccüblüsü odur ki, VAR da hakimin qərarını ləğv etmədi”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti