Canni De Byazi bu forvardı nəzarətə götürdü

7 İyul 2021 20:20 İngiltərə 2 102
Canni De Byazi bu forvardı nəzarətə götürdü

Millinin baş məşqçisi Canni De Byazi Renat Dadaşovu nəzarətə götürüb.

Sportinfo.az-ın məlumatına görə, italyan çalışdırıcı gənc hücumçunu yığmanın növbəti toplanışına çağırmaq fikrindədir.

Son bir neçə ayda zədələrdən əziyyət çəkən və yenicə sağalan forvard komandanın sentyabrda keçirəcəyi rəsmi oyunlara dəvət olunacaq.

Apenninli mütəxəssisin Dadaşovu diqqətə almasının səbəbi onun müqavilə ilə məxsus olduğu “Vulverhempton”un əsas komandasında məşqlərə başlamasıdır.

Zədəsini tam sağaldan 22 yaşlı forvardla yanaşı, bir neçə digər gənc oyunçu da bura cəlb olunub. Bu qərar bəzi futbolçuların millilərə çağırılması üzündən verilib.

İcarədə olduğu İsveçrənin “Qrasshoppers” klubundan qayıdan Renat özünü komandanın yeni baş məşqçisi Bruno Laqeyə göstərmək imkanı qazanıb.

“Canavarlar”ın aparıcı futbolçuları yığmaların düşərgəsində olduğundan onlar yalnız ayın sonunda toplanışa qatılacaq.

Bu üzdən də oyunçu çatışmazlığı ilə üzləşən Laqe gənclər komandasının üzvləri ilə həm boşluqları aradan qaldırmaq, həm də onları sınamaq qərarına gəlib.

“Kompton Park”dakı hazırlıq prosesində gənclər Raul Ximenes, Con Raddi və Fabio Silva ilə birlikdə məşq imkanı da əldə edib.

2019-cu ildə “Vulverhempton”a keçən Dadaşov hələ əsas komandada debüt edə bilməyib.

Bununla belə, De Byazi onunla bağlı AFFA rəsmilərinə müsbət fikirlər söyləyib. Bildirib ki, Renatın gəlişi ilə hücum xəttində rəqabət güclənəcək, çünki onda bu potensialı görür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti