Premyer Liqa təmsilçisi qapıçını icarəyə verməyə hazırdır

6 İyul 2021 12:00 İngiltərə 944
Premyer Liqa təmsilçisi qapıçını icarəyə verməyə hazırdır

“Mançester Yunayted”in qapıçısı De Xea klubunu dəyişə bilər.

Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi 30 yaşlı qapıçını icarəyə verməyə hazırdır.

Başa çatan mövsümdə De Xea bütün turnirlərdə 36 oyunda meydana çıxıb, 46 qol buraxıb.

May ayının sonunda məlumat yayılmışdı ki, MY rəhbərliyi De Xeanı “Atletiko”nun qapıçısı Yan Oblakla əvəzləmək istəyir.

“Mançester Yunayted”in baş məşqçisi Ule Qunner Sulşerin də Oblakın transferində israr etdiyi bildirilir.

De Xea MY-də 2011-ci ildən çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti