Paytaxt klubu hücumçusunu saxlamaq fikrindədir: "İndi onu narahat etmək istəmirik"

6 İyul 2021 00:28 İngiltərə 639
Paytaxt klubu hücumçusunu saxlamaq fikrindədir: "İndi onu narahat etmək istəmirik"

“Tottenhem”in idman direktoru Fabio Paratiçi əsas hədəfləri barədə danışıb.

Sportinfo.az xəbər verir ki, paytaxt klubunun rəsmisi əsas hədəflərini Harri Keyni komandada saxlamaq olduğunu bildirib.

O, Avropa çempionatı başa çatan kimi futbolçu ilə danışıqlara başlayacaqlarını bildirib:

“Keyn dünyanın ən yaxşı hücumçularından biridir. Mən “Yuventus”da xeyli yaxşı futbolçunun oyununu izləmişəm.

İndi isə Keynin oyunundan həzz almaq niyyətindəyəm. Əsas hədəfimiz onu komandada saxlamaqdır.

Amma hələ onunla danışmamışam. Avropa çempionatı zamanı Keyni narahat etmək istəmirik. Çempionat başa çatan kimi danışıqlara başlayacağıq”

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti