Avropa çempionatının yarımfinalına vəsiqə qazanan İngiltərə yığması həm istirahət edir, həm də Danimarka ilə oyuna hazırlaşır.
Sportinfo.az xəbər verir ki, futbolçular stress və yorğunluğu çıxartmaq üçün hovuza üz tutublar.
Onlar hava ilə şişirdilmiş at fiqurlarının üstündə üzərək xeyli əyləniblər.
Komandanın üzvləri Meyson Maunt, Ceydon Sanço, Bukayo Sako, Deklan Rays və digər futbolçular bu üsulla oyunqabağı gərginliyi aradan qaldırmağa çalışıblar.
Məlumata görə, DÇ-2018-in bir matçından sonra da ingilis futbolçular bu tərzdə əyləniblər. Yığmanın əməkdaşı “Tvitter”də belə yazıb: “Onlar qayıtdılar”.
İyulun 7-də Londondakı "Uembli" stadionunda keçiriləcək İngiltərə - Danimarka matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

