İngiltərə 4 cavabsız qolla yarımfinala qaldı - VİDEO

4 İyul 2021 00:52 İngiltərə 1 352
İngiltərə 4 cavabsız qolla yarımfinala qaldı - VİDEO

Avropa çempionatında 1/4 final mərhələsinin son oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda İngiltərə və Ukrayna üz-üzə gəlib.

Almaniyalı referi Feliks Brıxın idarə etdiyi qarşılaşma britaniyalıların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.

İngiltərə yığmasından Harri Keyn, 4-cü və 50-ci dəqiqələrdə dubl edib. Qalan qolları Harri Maquayr 46-cı, Cordan Henderson 63-cü dəqiqədə vurub.

Beləliklə, yarımfinal oyunlarında üz-üzə gələcək bütün komandalar müəyyənləşib. Finala gedən yolda İtaliya İspaniya ilə iyulun 6-da, Danimarka isə İngiltərə ilə iyulun 7-də görüşəcək.

İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda təşkil olunacaq hər qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti