İngiltərə Almaniyanı AVRO-2020-dən evə göndərdi - VİDEO

29 İyun 2021 22:10 İngiltərə 713
İngiltərə Almaniyanı AVRO-2020-dən evə göndərdi - VİDEO

Avropa çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, günün ilk matçında İngiltərə və Almaniya yığmaları üz-üzə gəlib.

"Uembli" stadionunda keçirilmiş qarşılaşma ingilislərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 75-ci dəqiqədə Rahim Sterlinq hesabı açıb. 86-cı dəqiqədə isə Harri Keyn fərqi daha da artırıb.

1/8 final mərhələsinə bu gün keçiriləcək İsveç - Ukrayna görüşü ilə yekun vurulacaq. Bu cütün qalibi 1/4 finalda Almaniyaya rəqib olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM