"Tofiq Bəhramov olan yerdə VAR nəyə lazımdır?!" - Britaniya səfiri

29 İyun 2021 18:00 İngiltərə 754
"Tofiq Bəhramov olan yerdə VAR nəyə lazımdır?!" - Britaniya səfiri

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Almaniya və İngiltərə yığmaları arasında Avropa çempionatının 1/4 fərhələsinin oyunundan əvvəl maraqlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, Şarp Londondakı "Uembli" stadionunda keçiriləcək matçı izləməyi səbrsizliklə gözlədiyini bildirib.

Şarp "Tofiq Bəhramov olan yerdə VAR nəyə lazımdır?!" yazıb.

Bu gün keçiriləcək İngiltərə - Almaniya qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

1966-cı ildə keçirilmiş dünya çempionatının finalında İngiltərə Almaniyanı əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunun əlavə vaxtında 4:2 hesabı ilə məğlub edib.

Həmin görüşdə yan xətt hakimi azərbaycanlı Tofiq Bəhramov olub. Onun qərarından sonra İngiltərə yığması əlavə vaxtda 3:2 hesabı ilə önə keçib. Bəhramov topun qapı xəttini keçdiyini bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti