Yığmanın 2 futbolçusu koronavirusdan sağaldı

29 İyun 2021 18:50 İngiltərə 649
Yığmanın 2 futbolçusu koronavirusdan sağaldı

İngiltərə millisinin futbolçuları Ben Çiluell və Meyson Mount komandaya qoşulub.

Sportinfo.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bir müddət əvvəl koronavirusa yoluxan həm müdafiəçi, həm də yarımmüdafiəçinin son testi neqativ çıxıb.

İkihəftəlik karantin müddəti başa çatan Çiluell və Mount sabahdan məşqçilər korpusunun sərəncamında olacaq.

Bu isə o deməkdir ki, adıçəkilən futbolçular AVRO-2020-nin 1/8 final mərhələsində Almaniya ilə qarşılaşmaya hazır olacaq.

İngiltərə - Almaniya görüşü iyunun 29-da Londonda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM