Tanınmış hücumçu daha 1 il Premyer Liqa klubunda

25 İyun 2021 10:20 İngiltərə 646
Tanınmış hücumçu daha 1 il Premyer Liqa klubunda

“Brayton” Danni Uelbekin müqaviləsini yeniləyib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı hücumçu ilə yeni sözləşmənin müddəti 2022-ci ilin yayına qədərdir.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Uelbek 2020-ci ilin oktyabrından “Brayton”da çıxış edir. Hücumçu ötən mövsüm 24 oyunda 6 qolla yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM