"Liverpul" türkiyəli müdafiəçini almaqdan imtina etdi

25 İyun 2021 01:24 İngiltərə 528
"Liverpul" türkiyəli müdafiəçini almaqdan imtina etdi

"Liverpul" ötən mövsümün ikinci hissəsində "Şalke"dən icarəyə götürdüyü Ozan Kabakla bağlı yekun qərarını verib.

Sportinfo.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira özünün "Tvitter" hesabında yazıb.

İngiltərə təmsilçisinin türk müdafiəçini almamaq qərarına gəldiyi bidirilib. Beləliklə, o, Almaniya klubuna qayıdır.

Ancaq Kabakın "Şalke"də qalmaq ehtimalı azdır. 21 yaşlı oyunçu ilə "Kristal Pelas", "Nitsa", "Lester", "Bayer" və "Renn" maraqlanır.

Kabak "Liverpul"la Premyer Liqada meydana çıxdığı 9 matçda 3 sarı vərəqə alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti