Premyer Liqa klubu sabiq qapıçısını transfer etdi

25 İyun 2021 00:28 İngiltərə 516
Premyer Liqa klubu sabiq qapıçısını transfer etdi

“Norviç Siti” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi sabiq qapıçısı Anqus Qannı geri qaytarıb.

Klubun rəsmi saytının yaydığı məlumata görə, 25 yaşlı ingilis qolkiperlə 4 illik müqavilə imzalanıb.

Peşəkar karyerasına məhz “Norviç Siti”də başlamış Qann, 2018-ci ildən “Sauthempton”da çıxış edirdi. O, icarə əsasında “Stok Siti”nin də formasını geyinib.

Premyer Liqa təmsilçisi Qannı transfer etməklə yanaşı, öz qapıçısı Oryan Nilandla da yollarını ayırdığını açıqlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti