Tanınmış italyan Premyer Liqa klubu ilə razılaşdı

19 İyun 2021 00:14 İngiltərə 1 249
Tanınmış italyan Premyer Liqa klubu ilə razılaşdı

“Fiorentina” ilə yollarını ayıran Cennaro Qattuzo İngiltərədə çalışa bilər.

Sportinfo.az xəbər verir ki, 43 yaşlı mütəxəssis “Tottenhem” ilə razılaşıb.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Qattuzonun London təmsilçisi ilə iki illik müqavilə imzalayacağı bildirilib.

Qattuzo “Tottenhem”də illik 2,5 milyon avro qazanacaq.

Ötən ayın sonunda “Fiorentina”ya baş məşqçi təyin olunan Qattuzo klub rəhbərliyi ilə fikir ayrılıqlarına görə dünən işindən ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!