Premyer Liqa klubu Fatih Terimlə danışıqlar aparır

14 İyun 2021 21:40 İngiltərə 1 290
Premyer Liqa klubu Fatih Terimlə danışıqlar aparır

“Qalatasaray” ilə müqaviləsi bitən Fatih Terim məşqçi karyerasını Avropa klublarından birində davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, hazırda İngiltərə və İtaliya klubları türkiyəli baş məşqçi ilə danışıqlar aparır.

Mənbə iddia edir ki, “Everton” klubu Karlo Ançelottidən sonra boş qalan baş məşqçi vəzifəsinə məhz F.Terimin gətirilməsində israrlıdır.

İddialara görə, “Everton”un idman direktoru Marsel Brands F.Terimə təmsil etdiyi klubun konkret təkliflərini irəli sürüb və 67 yaşlı baş məşqçini razı salmağa cəhd göstərir.

Digər Xəbərlər
Xəbər Lenti