Portuqaliyalı baş məşqçi Premyer Liqa klubunda

14 İyun 2021 00:14 İngiltərə 832
Portuqaliyalı baş məşqçi Premyer Liqa klubunda

“Everton”un yeni baş məşqçisi məlum olub.

Sportinfo.az xəbər verir ki, Mersisayd təmsilçisinin “sükan”ı Nunu Espirito Santoya tapşırılıb.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Portuqaliyalı mütəxəssisin “Everton”la üç illik müqavilə imzaladığı deyilir.

“Everton” Espiritonun təyinatını yaxın zamanda açıqlayacaq.

Premyer Liqa klubunu ötən mövsüm Karlo Ançelotti çalışdırıb. İtalyan mütəxəssis bir müddət əvvəl İspaniyanın “Real” komandasına baş məşqçi təyin olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti