“Mənim üçün bu turnirin favoritlərindən biri onlardır” – Modriç

12 İyun 2021 23:50 İngiltərə 974
“Mənim üçün bu turnirin favoritlərindən biri onlardır” – Modriç

Xorvatiyanın futbolçusu Luka Modriç AÇ-2020-nin qrup mərhələsinin ilk turunda İngiltərəyə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, Modriç, İngiltərənin AÇ-2020-nin favoritlərindən olduğunu deyib:

“İngiltərə millisini yüksək qiymətləndirirəm. Mənim üçün bu turnirin favoritlərindən biri İngiltərə yığmasıdır.

Bundan başqa, onlar qrup mərhələsinin hər üç oyununu öz evlərində keçirəcəklər. İngiltərənin təcrübəli futbolçuları, baş məşqçisi var.

Heyətdə istedadlı oyunçuları da çoxdur. Lakin bu, onları məğlub etməyə çalışmayacağımız anlamına gəlmir. Daha əvvəl nəyə qadir olduğumuzu göstərdik. İngiltərəyə qarşı necə oynamaq lazım olduğunu bilirik”.

Sabah keçiriləcək İngiltərə – Xorvatiya oyunu saat 17:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti