"Mançester Yunayted" 70-85 milyon təzminat ödəyib, transfer edir

10 İyun 2021 18:20 İngiltərə 462
"Mançester Yunayted" 70-85 milyon təzminat ödəyib, transfer edir

"Mançester Yunayted" "Borussiya"nın futbolçusu Ceydon Sançonun transferini tamamlamağa çalışır.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı vingerlə 5 illik müqavilə təklif olunub.

"Qırmızı şeytanlar"ın bu keçid üçün 70-85 milyon avro təzminat ödəmək fikrində olduğu bildirilir. Dortmund təmsilçisi isə məbləği 110 milyon avroya qədər qaldırmaq istəyir.

Tərəflər arasında danışıqlar davam edir.

İngiltərə millisinin üzvü 2017-ci ildə "Mançester Siti"dən "Borussiya"ya 7,84 milyon avroya keçmişdi. 21 yaşlı futbolçu ötən mövsüm keçirdiyi 38 oyunda 16 qol vurub, 21 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti