70 milyon avro almaq niyyətindədir - "Mançester Siti”

26 İyul 2024 12:20 İngiltərə 3 550
70 milyon avro almaq niyyətindədir -

“Mançester Siti”nin hücumçusu Xulian Alvares hələ də bu transfer pəncərəsində komandasını tərk etmək fikrindədir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı daha isti iqlimi olan ölkəyə köçməyi düşünür.

“Mançester Siti” Alvares üçün bonuslar istisna olmaqla, təxminən 70 milyon avro almaq niyyətindədir. Maraqlanan klubların heç biri hələ “şəhərlilər”in maliyyə tələbatını ödəməyə hazır deyil.

Alvaresin daha çox oyun praktikası əldə etmək və hücumun mərkəzində oynamaq üçün “Mançester Siti”ni tərk etmək istədiyi bildirilirdi. Onunla əvvəllər “Çelsi” və “Barselona” maraqlanırdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti