Hələ də Maliki almaqdan vaç keçmir – Premyer Liqa klubu

26 İyul 2024 12:00 İngiltərə 1 636
Hələ də Maliki almaqdan vaç keçmir – Premyer Liqa klubu

“Nyukasl” hələ də “Milan”ın müdafiəçisi Malik Tiavı transfer etməyə çalışır.

Sportinfo.az “The Times”-a istinadən xəbər verir ki, “sağsağanlar” almaniyalı futbolçu ilə müqavilə bağlamaq cəhdlərindən əl çəkmirlər.

“Nyukasl”ın 22 yaşlı müdafiəçi üçün 40 milyon avro ödəməyə hazır olduğu bildirilir. İngiltərə klubu “Milan”la danışıqlar aparır və tezliklə kompromis tapacağına ümid edir.

Tiav “Milan”a 2022-ci ildə “Şalke”dən keçib. O, ötən mövsüm İtaliya çempionatında 21 matçda iştirak edib, 1 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti