Premyer Liqa təmsilçisi İmranla müqavilə imzaladı

3 İyun 2021 00:28 İngiltərə 1 651
Premyer Liqa təmsilçisi İmranla müqavilə imzaladı

“Uotford” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Nant”dan İmran Luzanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə beş illik müqavilə imzalanıb.

“Nant”ın yetirməsi olan Luzanın “transfermarkt”da dəyəri 12 milyon avrodur. Fransa mətbuatının xəbərinə görə, “Uotford” İmran üçün 10 milyon avro ödəyəcək.

“Uotford” yeni mövsümdə İngiltərə Premyer Liqasında iştirak edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!