İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı məşqçisi adına namizədlər müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, siyahıda 5 mütəxəssis yer alıb.
Bunlar Pep Qvardiola (“Mançester Siti”), Ole Qunnar Sulşer (“Mançester Yunayted”), Brendan Rocers (“Lester”), Devid Moyes (“Vest Hem”) və Marselo Bielsadır (“Lids Yunayted”).
Qvardiola “Mançester Siti”ni 2020/21 mövsümündə Premyer Liqa çempionu etməyi bacarıb. Sulşerin baş məşqçilik etdiyi “Mançester Yunayted” ikinci olub.
Brendan Rocersin “Lester”i yarışı 5-ci pillədə tamamlayıb və İngiltərə kubokunu qazanıb. Devid Moyesli “Vest Hem” turnirdə 6-cı olub.
Marselo Bielsanın baş məşqçisi olduğu “Lids Yunayted” isə 20 il ərzində Çempionşipdən Premyer Liqaya yüksələn komandalar arasında ən çox xalı toplayıb (59) və 9-cu olub.

